3 Avqust 2017 13:25
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ali Hərbi Şuranın (YAŞ) dünən qəbul etdiyi qərarı təsdiqləyib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, qərarda YAŞ-ın yeni tərkibinin siyahısı da yer alıb.

Bununla bağlı Türkiyənin rəsmi qəzeti məlumat yayıb.

Siyahıya əsasən, Quru Qoşunları komandanı general-polkovnik Yaşar Gülər, Hərbi Dəniz Qüvvələri komandanı admiral Adnan Özbal və Hərbi Hava Qüvvələri komandanı general-polkovnik Həsən Həsən Küçükakyüz təyin olunub.

Onlar vəzifələrinin icrasına avqustun 30-da başlayacaq.


Müəllif: Samir