22 İyul 2014 13:00
1 659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda daha bir istrahət mərkəzində dəhşətli bir hadisənin görüntüsü yayılıb.

Alınan məlumata görə, hadisə bir neçə gün əvvəl Masallının “Qamo” adlanan istirahət mərkəzində qeydə alınıb. 10 yaşlı uşağın hamının gözü qarşısında boğulması anını əks etdirən videonu həmin yerdə istirahət edən ailələrdən biri lentə alıb.

O qədər də böyük olmayan hovuzda istirahət edənlər düz gözlərinin qarşısında baş verən boğulmadan xəbərsizdirlər. Uşağın nəzarətsiz olması, ətrafda musiqinin çox yüksək səslə eşidilməsi faciə ilə nəticələnib.

Masallı rayonun Qarğalıq kənd sakini olan 10 yaşlı Novruzov Rauf İlkin oğlunun boğulduğu bilinəndən sonra təcili yardım maşını ilə başqa kəndə aparıblar. Burada isə boğulan bu uşağın ölüm kağızında qarpızdan zəhərlənmə yazılıb.

Amma burda bir məqam diqqəti çəkir. Bu videonu çəkən insan uşağın boğulmasına diqqət etmir, bəlkə də edir amma sadəcə çəkir.

Hadisə araşdırılır.

/ans press/


Müəllif: