8 Avqust 2017 11:42
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşa prokurorluğu Gürcüstan tərəfindən sabiq prezident Mixail Saakaşvilinin ekstradisiyası üçün müraciət aldıqlarını təsdiqləyib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, müraciət İnterpolun Tiflisdəki xətti vasitəsi ilə Varşavaya çatdırılıb.

Prokurorluq Tiflisin bu müraciətinə hansı cavabı verdiyini açıqlamayıb.

Mixail Saakaşvili iyulun 26-da ABŞ-da olarkən Ukrayna Prezidenti Petro Poroşenkonun sərəncamı ilə bu ölkə vətəndaşlığından çıxarılıb.

Bundan sonra Saakaşvili Polşaya gəlib.


Müəllif: Samir