8 Avqust 2017 15:04
2 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə alman deputatların ölkəyə girişinə icazə verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, alman deputatlar sentyabrın 8-də NATO-nun Konyadakı bazasına baş çəkəcək.

Səfər iyulun 17-nə planlaşdırılsa da, Türkiyənin xahişi ilə sentyabrın 8-nə keçirilib.

Qeyd edək ki, Türkiyədə keçirilən referendum çərçivəsində Almaniya türk deputatları ölkəyə buraxmamışdı. Buna cavab olaraq Ankara Berlindən İncirlik hərbi bazasındakı hərbçilərini çıxarmağı tələb etmişdi.


Müəllif: Samir