22 İyul 2014 15:28
1 301
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD tərkibində döyüşən azəri camaatın hücum əməliyyatını əks etdirən videokadrlar yayılıb.

Alınan məlumata görə, bu qrup “islam dövləti”nin xüsusi təyinatlı dəstəsi kimi fəaliyyət göstərir. Onların tərkibində müxtəlif millətlərdən, o cümlədən Azərbaycandan olan cihadçılar var.

İŞİD saytları bu dəstəni “islam dövlətinin dayaqları” deyə təqdim edirlər. Xüsusi geyimləri ilə seçilən dəstə ən çətin əməliyyatları, basqınları həyata keçirir. Həmçinin bu dəstənin “xəlifə” Bağdadinin şəxsi təhlükəsizliyinə də cavabdeh olduğu deyilir. Dəstənin rəhbərlərindən biri Əbu-Hənəfidir.


Qeyd edək ki, Əbu-Hənəfinin rəhbərlik etdiyi dəstə iki həftə öncə Türkiyə ilə sərhəddəki əməliyyatı da həyata keçirmişdi. Həmin əməliyyatda əsas güclərin azərbaycanlılar olduğu deyilirdi. Hətta İŞİD saytları “Azəri qardaşlarımız “İslam dövləti”nin əsas dayaqlarından biridir” deyə yazmışdı.

İŞİD-ə yaxın saytlar “xüsusi dəstə” haqqındakı məlumata videolink də yerləşdirib. Ən maraqlısı isə videonun “ГураБа Саляфи” adlı “Youtube” istifadəçisi tərəfindən yüklənməsi, başlığın isə Azərbaycan dilində olmasıdır.

/publika.az/


Müəllif: