10 Avqust 2017 01:23
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda yay mövsümü olduğu və məzuniyyətlər dövrünün başladığı üçün Bakıda daşınmaz əmlak bazarında nisbi sakitlikdir. Lakin ekspertlər sentyabr ayından Bakıda evlərin qiymətinin kəskin bahalaşacağını deyirlər.

Teleqraf.com Xəzər xəbər-ə istinadən xəbər verir ki, rieltorlar tələbatın daha çox köhnə tikililərə olduğunu deyirlər.

Alqı-satqı ilə yanaşı kirayə verilən mənzillərdə də qiymətlərin ötən aylara və illərə nisbətən artacağı gözlənilir. Bakının bəzi rayonlarında isə indidən kirayə mənzil qıtlığı yaranıb.

Hazır mənzil bazarından fərqli olaraq torpaq alqı-satqısında durğunluq yaşanır. Qiymətlərin artacağı gözlənilmir.


Müəllif: Teleqraf.com