10 Avqust 2017 14:25
1 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətər dövlətinin Azərbaycan vətəndaşları üçün viza rejimini sadələşdirdiyi barədə məlumatlar yayılıb.

Teleqraf.com-un araşdırması zamanı məlum olub ki, artıq 1 ildən çoxdur Azərbaycan vətəndaşları əvvəlcədən viza sənədləri toplamadan Qətərə daxil olduqda hava limanındaca viza alır.

Qətərin Azərbaycandakı səfirliyi bu faktı təsdiqləyib. Bildirilib ki, Azərbaycanla viza rejimi 1 ildir ləğv edilib.

Qeyd edək ki, Qətərin Daxili İşlər Nazirliyi və Turizm İdarəsinin birgə açıqlamasında bu dəfə 80 ölkə ilə viza rejiminin ləğv olunduğu vurğulanıb.

Azərbaycan tərəfindən viza almaq istəyən Qətər vətəndaşlarına gəlincə, Körfəz Əməkdaşlıq Şurası ölkələri – Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Küveytin vətəndaşları sadələşdirilmiş rejimdə Bakı hava limanında viza ala bilirlər.


Müəllif: Nərgiz