12 Avqust 10:58

ABŞ Prezidenti Donald Trampla Çin rəhbəri Si Szinpin arasında telefon danışığı olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, iki lider Şimali Koreya ilə bağlı yaranmış gərginliyi müzakirə edib.

Si Szinpin Çinin Sinxua agentliyinə bildirib ki, tərəflər Koreya yarımadasında gərginliyin azaldılması üçün zəruri addımların atılmasını gərəkli hesab ediblər:

"Koreya yarımadasında problemin həlli üçün dialoqun vacibliyi və siyasi tənzimlənməyə üstünlük verilməsi vurğulandı".

ABŞ prezidenti Çinlə beynəlxalq və regional məsələlərin həllində əməkdaşlığa tərəfdar olduğunu bəyan edib.

Ağ Evin açıqlmasında deyilir ki, Donald Tramp Çin liderinə Şimali Koreyanın provaksiyalara son qoymalı olduğunu çatdırıb.


Müəllif: Mahir