15 Avqust 2017 11:06
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

KXDR lideri Kim Çen İn hərbi komandanlığın Guam adası istiqamətində raket buraxılışı barədə hesabatını qəbul edib.

Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, bu addım Şimali Koreya liderinin güc nümayiş etdirmək istəyi ilə bağlıdır. O, habelə gərginliyi azaltmaq üçün ABŞ-a təxribatlardan əl çəkməyi məsləhət görüb.

Xəbərə görə, Kim Çen İn dünən Koreya xalq ordusunun strateji qüvvələr komandanlığında olub. Orada çıxışı zamanı Şimali Koreya lideri ABŞ-ı yarımadada vəziyyəti təhlükəli həddə çatdırmaqda günahlandırıb. Kim Çen ABŞ rəhbərliyinə soyuq başla düşünməyi, bütün mənfi və müsbət cəhətləri, eləcə də hazırkı situasiyanın hansı tərəf üçün daha xoşagəlməz nəticələr doğuracağını nəzərə almağı məsləhət görüb:

"Koreya yarmadasında gərginliyi azaltmaq və təhlükəli hərbi konfliktin qarşısını almaq üçün əvvəlcə ABŞ-ın düzgün seçim etməsi və bunu real əməldə göstərməsi vacibdir. Vaşinqton KXDR-ə qarşı təkəbbürlü davranış, təxribat və birtərəfli tələblərindən dərhal əl çəkməlidir. ABŞ Koreya yarımadasında və onun ətrafında özünün olduqca təhlükəli və düşünülməmiş davranışlarını davam etdirəcəyi təqdirdə, Pxenyan vacib qərar qəbul edəcək".

Şimali Koreya lideri qeyd edib ki, partiya qərar vediyi halda hərbçilər dərhal hərəkətə keçməyə hazır olmalıdırlar. Bununla yanaşı Kim Çen "yankilərin düşünülməmiş və axmaq hərəkətlərini bir az da müşahidə etmək istədiyi" qeyd olunur.


Müəllif: Nahid