15 Avqust 2017 17:32
1 304
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ”ın oyunu üçün həmişə biletim, stadionda yerim var. Bakıda deyiləm deyə oyunu televizor qarşısında izləyəcəyəm. Hətta zəng edib əvvəldən komandama uğurlar arzulayıb demişəm ki, qalib gələcəksiniz.

Bu sözləri Teleqraf.com-a açıqlamasında deputat Aqil Abbas Azərbaycan futbolu tarixində ilk dəfə Ağdamın “Qarabağ” klubunun Çempionlar Liqasının pley-off mərhələsində ilk matçı barədə danışarkən deyib.

O, “Qarabağ”ın qələbə qazanacağına əmin olduğunu vurğulayıb: “Qurban Qurbanova zəng elədim ki, əmin ol, “Qarabağ” 100 faiz qələbə çalacaq”.

Aqil Abbas “Qarabağ”-“Kopenhagen” oyununu Türkiyədə həyəcanla gözlədiyini söyləyib.

Qeyd edək ki, “Qarabağ” (Azərbaycan) – “Kopenhagen” (Danimarka) qarşılaşması bu gün saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


Müəllif: Nərgiz