23 İyul 2014 11:06

Fələstindən "Həmas" təşkilatının atdığı raketlərdən birinin Təl-Əviv şəhərindəki aeroportun yaxınlığına düşməsi ilə əlaqədar bir sıra ölkələr İsrailə uçuşa məhdudiyyət qoyub.

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) xidmət rəisi Məhərrəm Səfərli Azərbaycanın uçuşlara hər hansı məhdudiyyət qoymadığını bildirib:

“Bu gün səhər saatlarında uçuş olub və bundan sonrakı uçuşlara da hər hansı bir məhdudiyyət yoxdur. Məhdudiyyət nə üçün olmalıdır? İsrailin aviasiyası uçuşlara hər hansı təhlükə olmadığına zəmanət verir”.

M.Səfərli onu da bildirdi ki, Ukrayna istiqamətinə də uçuşlara hər hansı məhdudiyyət qoyulmayıb. Buna səbəb Azərbaycan təyyarələrinin Rusiyanın hava məkanından Ukraynanın şimalına daxil oluruq, Kiyevə eniş edirik. Bizim üçün qorxulu heç nə yoxdur.

Xatırladaq ki, Britaniyanın "EasyJet" aviaşirkəti Təl-Əvivə uçuşu bir sutkalıq dayandırıb. Almaniya, Fransa, Avstriya, ABŞ və Rusiyanın bir çox aviaşirkətləri İsrailə uçuşları qeyri-müəyyən müddətə təxirə salmışdı.

“Malayziya Hava Yollarına məxsus “Boinq-777” sərnişin təyyarəsi Ukrayna ərazisində, Rusiya sərhədinin 60 kilometrliyində vurulmasına görə, Ukrayna üzərində bütün uçuşların istiqaməti dəyişdirilmişdi.

/publika.az/


Müəllif: