23 İyul 2014 12:18
5 302
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qısa xronologiya

1991-cı il

2 YANVAR – Ağdam – Şuşa yolu ilə hərəkət edən avtobuslar daşa
basılır.

6 YANVAR – Ağdam avtovağzalında partlayış baş verir. İki nəfər həlak
olur, iki nəfər yaralanır.

15 YANVAR - Ağdam rayon xəstəxanasına Xocavənddən iki nəfər yaralı
gətirilir.

30 MAY – Ağdam – Şuşa marşrutu ilə hərəkət edən 17 maşın daş – qalaq

16 İYUL – Gülablı kəndi atəşə tutulur.

21 İYUL – Cinli kəndi atəşə tutulur.

10 AVQUST – Tbilisi – Ağdam avtobusu partladılır. On yeddi nəfər
həlak olunur.

14 AVQUST – Şuşa – Ağdam avtobusu daşa basılır, sürücü yaralanaraq
xəstəxanaya düşür.

22 AVQUST – Ağdam – Martuni şosesində, Qarqar çayının üstündəki
körpü partladılır.

14 SENTYABR – Cinli və Gülablı kəndi atəşə tutulur, Xocalıdan
Ağdama hərəkət edən yeddi avtomaşın daşa basılır, yeddi nəfər yaralanır.

3 NOYABR – Ağbulaq kəndinə basqın edilir.

15 NOYABR – Ağdamdan – Şuşaya gedən “Qaz – 24” markalı avtomaşın
saxlanılır, sərnişinlər döyülür, sürücü bıçaqla yaralanır.

20 NOYABR – Xocavənd rayonunun Qarakənd kəndinin səmasında
dövlət xadimlərimizin olduğu “Mİ – 8” vertolyotu vurulur.

21 NOYABR – “Mİ -8” vertolyotunda həlak olanların meyidləri Ağdam
məscidinə gətirilir.

29 NOYABR – Şelli və Cinli kəndlərinə basqın edilir.

6 DEKABR – Ağdam – Şuşa yolu ermənilər tərəfindən bağlanılır.

7 DEKABR – Gülablı kəndi atəşə tutulur.

22 DEKABR – Gülablı kəndi atəşə tutulur.

31 DEKABR – Cinli kəndinə soxulan ermənilər çobanlara basqın edirlər.

1991-ci il

21 YANVAR – Mərzili kəndi atəşə tutulur.

25 YANVAR – Ağdamdan Xocalıya gedən avtobus daşa basılır, iki nəfər
yaralanır.

26 YANVAR – Ağdamdan Şuşaya gedən maşın karvanı daşa basılır,
gülləyə tutulur. Bir maşın yandırılır, üç nəfər yaralanır.

7 FEVRAL – Ağdam – Mardakert yolunda avtomaşın gülləyə tutulur, bir
nəfər yaralanır.

24 FEVRAL – Şuşadan Ağdama gedən avtobus partladılır, üç nəfər
yaralanır.

25 FEVRAL – Gülablı kəndi yaxınlığında iki nəfərin girov götürülməsinə
cəhd göstərilir, bir nəfər isə vəhşicəsinə qətlə yetirilir.

2 MART – Cinli kəndinə hücum edilir, Füzuli – Ağdam yolunda “Jiquli”
avtomaşını atəşə tutulur, üç nəfər yaralanır.

14 MART – Ağdam – Şuşa marşrutu ilə işləyən avtobus atəşə tutulur. Üç
nəfər həlak olur, iki nəfər yaralanır.

16 APREL – Ağdamdan Füzuliyə gedən “Moskviç -412” avtomaşını
atəşə tutulur, iki nəfər həlak olur, iki nəfər yararalanır.

29 Aprel – Ağdam – Füzuli yolunun 34-cü kilometrliyində avtomobil
körpüsü partladılır.

7 MAY – Mərzili kəndinin bir nəfər sakini girov götürülür.

18 MAY – Ağdam rayonunun Qarağacı adlanan ərazisində yerləşən
hərbiçilər atəşə tutulur.

29 MAY – Ağdamdan Şuşaya gedən maşın karvanından Xankəndi
yaxınlığında iki avtobus partladılır.

30 MAY – Əliağalı kəndinə hücum edilir. İki nəfər yaralanır, üç nəfər
girov götürülənlər buraxılır.

2 İYUN – Gülablı kəndi atəşə tutulur. Bir nəfər yaralanaraq xəstəxanada
keçinir.

24 AVQUST – Şotlanlı kəndi atəşə tutulur, bir nəfər yaralanır.

10 SENTYABR – Rayondan 900 baş qoyun ermənilər tərəfindən
oğurlanır.

13 SENTYABR – Ağdam rayonuna pənah gətirmiş bir nəfər qaçqın
ermənilər tərəfindən öldürülür.

20 SENTYABR – Abdal kəndi atəşə tutulur.

24 SENTYABR – Gülablı kəndinin yaxınlığında “UAZ -469” markalı
avtomobil atəşə tutulur. Bir nəfər həlak olur, bir nəfər yaralanır.

4 OKTYABR – Cinli, Qalayçılar, Papravənd və Xıdırlı kəndləri atəşə

6 OKTYABR – Abdal – Gülablı kəndi atəşə tutulur. Gülablıda iki nəfər
yaralanır.

7 OKTYABR – Cinli kəndi atəşə tutulur.

8 OKTYABR – Abdal – Gülablı kəndi atəşə tutulur.

17 OKTYABR – Cinli kəndi atəşə tutulur.

21 OKTYABR – Xaçındərbənd kəndi atəşə tutulur. İki naxırçı yaralanır,
mal – qaranın bir hissəsi aparılır.

23 OKTYABR – Ağdamdan Şuşaya gedən avtomobil atəşə tutulur. Bir
nəfər yaralanır, bir nəfər həlak olur.

24 OKTYABR – Cinli kəndi atəşə tutulur.

10-11 NOYABR – Abdal – Gülablı kəndi atəşə tutulur.

11 NOYABR – Ağdamdan Xocalıya uçan “Mİ – 8” vertolyotu vurulur.
Vertolyotu Xocalıya endirmək mümkün olur.

11-12 Noyabr – Abdal – Gülablı kəndi atəşə tutulur.

19 NOYABR – Bir sıra rayonlarda, o cümlədən, Ağdam rayonunda ərazi
özünümüdafiə qüvvələrinin təşkil edilməsi haqqında müdafiə naziri əmr verir.

21 NOYABR – Abdal – Gülablı kəndi atəşə tutulur, üç nəfər yaralanır.

29 NOYABR – Ağdam – Cəmilli reysi ilə uçan vertolyot Cəmilli
yaxınlığında atəşə tutulur.
Xramort kəndi yaxınlığında Xıdırlı kəndinin bir sakini yaralanır, otardığı
mal – qara oğurlanır, Əhmədavar, Çuxurməhəllə və Xıdırlı kəndləri atəşə tutulur.

2 DEKABR - Abdal – Gülablı kəndi atəşə tutulur. İki nəfər yaralanır.

3 DEKABR – Papravənd kəndinə hücum edilir. Düşmən geri oturdulur.

6 DEKABR – Ağdam – Qaradağlı marşrutu ilə uçan vertolyot atəşə

11 DEKABR – Şelli və Şotlanlı kəndlərinə basqın edilir.

12 DEKABR – Əhmədavar, Şelli, Xıdırlı, Çuxurməhlə, Qalayçılar
kəndləri atəşə tutulur. İki nəfər həlak olur, beş nəfər yaralanır.

15 DEKABR – Gülablı və Əliağalı kəndlərinə silahlı basqın edilir.

17 DEKABR – Şelli kəndi atəşə tutulur. Bir nəfər yaralanır.

19 DEKABR – Xocalı – Ağdam reysi ilə uçan vertolyota atəş açılır,
Şotlanlı kəndi atəşə tutulur, bir neçə ev zədələnir.

25 DEKABR - Papravənd kəndi atəşə tutulur.

1992-ci il

1 YANVAR – Əhmədavar və Çuxurməhlə kəndlərinə hücum edilir, 2
nəfər həlak olur, 2 nəfər yaralanır.

2 YANVAR – Çuxurməhlə, Xıdırlı, Şelli, Gülablı kəndləri atəşə tutulur,
Əhmədavar kəndində 2 nəfər yaralanır.

4 YANVAR – Papravənd kəndi atəşə tutulur.

5 YANVAR – Mərzili kəndi yaxınlığında yerləşən milis postu atəşə
tutulur. 1 nəfər yaralanır.

7 YANVAR – Ağdamdan Qaradağlı kəndinə uçan vertolyot iki dəfə atəşə
tutularaq zədələnir.

12 YANVAR – Ağdamdan Qaradağlı kəndinə uçan vertolyot atəşə
tutulur, yaralanlar olur.

14 YANVAR – Gülablı kəndi atəşə tutulur.

21 YANVAR – Cinli və Xıdırlı kəndlərinə basqın edilir. Bir nəfər həlak

22 YANVAR – Papravənd kəndinin yaxınlığındakı Azərbaycan Silahlı
Qüvvələrinin postuna ermənilər vertolyotdan həmlə edir, yaralanlar var.

29 YANVAR - Rayonun bir sıra kəndləri atəşə tutulur, yanacaqdoldurma
məntəqəsinə raket düşür, partlayış nəticəsində bir nəfər həlak olur.

30 YANVAR – Papravənd kəndinə basqın edilirş

31 YANVAR – Xromort – Fərrux istiqamətində əməliyyat keçirilir.
Fərrux kəndi ermənilərdən azad edilir.

9 FEVRAL – Cinli kəndi atəşə tutulur.

13 FEVRAL – Mərzili, Abdal – Gülablı, Şelli və başqa kəndlər atəşə

13 FEVRAL – Ağdam şəhərinin mərkəzi meydanında mitinq keçirilir.

18 FEVRAL – Şelli kəndinə basqın edilir. Üç nəfər girov götürülür, iki
yüz baş qoyun aparılır, Ağdam rayonu ərazisində fövqəladə vəziyyət tətbiq
edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti fərman verir.

24 FEVRAL – Ağdam rayonunun Qarağacı sahəsində yerləşən milis
postu atəşə tutulur, on altı nəfər yaralanır.

26 FEVRAL – Ağdam özünümüdafiə qüvvələri Xocalı sakinləri xilas
etmək məqsədi ilə əməliyyat keçirirlər.

28 FEVRAL – Şotlanlı kəndi atəşə tutulur.

28 FEVRAL – Ağdam şəhəri atəşə tutulur, dağıntılar olur, iki nəfər həlak
olur, iki nəfər yaralanır.

1-2 MART – Xocalı şəhidləri Ağdam qəbiristanlığında dəfn edilir.
Meyidlər və girovların geri qaytarılması üçün tədbirlər görülür.

4 MART – Ermənilər Gülablı kəndinin tərk edilməsi haqqında kənd
əhalisinə ultimatum verir. Ağdam özünümüdafiə qüvvələri Ağdərə rayonunun
Qazançı kəndini azad edir.

6 MART – Şelli kəndi atəşə tutulur. Bir nəfər həlak olur, üç nəfər
yaralanır, bir ev yerlə – yeksan edilir, bir neçə ev dağıntiya məruz qalır.

7 MART – Ağdam aeroportu, Qalayçılar kəndi atəşə tutulur.

8 MART – Ağdam şəhəri atəşə tutulur, bir nəfər həlak olur.

8 MART – Şelli kəndi yaxınlığındakı milis postuna basqın edilir, ölən və
yaralananlar olur.

9 MART – Şelli kəndi atəşə tutulur, yaralananlar olur.

10 MART – Şelli kəndi atəşə tutulur.

11 MART – Şelli kəndinə basqın edilir, dağıntı və zərərçəkənlər var.

12 MART – Ağdam şəhəri atəşə tutulur, 28 nəfər həlak olur, 60-dan çox
adam yaralanır. 15-dən çox bina və ev dağıdılır. Qarağacı qəbiristanlığında
döyüşlər gedir.

12 MART – Şelli, Qalayçılar kəndləri atəşə tutulur. Şellidə bir nəfər həlak
olur. Əhmədavar kəndi, Qaraqaya milis postu və Ağdam şəhəri silahlı basqınlara
məruz qalır, ölən və yaralananlar, dağıntılar olur. Xramort və Xanabad kəndləri
ətrafında döyüşlər davam edir.

13 MART – Ağdam şəhəri atəşə tutulur, 3 nəfər həlak olur, 10 nəfər
yaralanır.

14 MART – Gecə Ağdam şəhəri atəşə tutulur.

14 MART – Şelli kəndi daim atəş altındadır.

15 MART – Ağdam şəhəri atəşə tutulur.

15 MART – Şelli və Qalayçılar kəndləri atəşə tutulur, Qalayçılar,
Əliağalı, Cinli, Əlimədədli, Papravənd kəndlərinə hücum edilir, döyüşlər gedir.
Dağıntılar var.

16 MART – Ağdam şəhər qəbiristanlığı ərazisində atışma baş verir.

16 MART – Şelli kəndi atəşə tutulur.

18 MART – Ağdam şəhəri atəşə tutulur. Şelli kəndindəki və Qarağacı
qəbiristanlığı yaxınlığındakı postlar dağıdılır. Qalayçılar, Əliağalı, Papravənd,
Cinli və Şotlanlı kəndlərində səhərə qədər atışma davam edir.

19 MART – Qalayçılar, Əliağalı, Papravənd, Cinli və Şotlanlı
kəndlərində ara – sıra atışmalar olur.

20 MART – BMT –nin Baş katibinin xüsusi elçisi S. Velns Ağdama gəlir.
Şelli və Gülablı kəndləri atəşə tutulur.

22 MART – Muğanlı kəndinə basqın edilir, bir nəfər ölür, 200 başa yaxın
mal – qara aparılır. Abdal – Gülablı, Cinli, Qalayçılar kəndləri atəşə tutulur.

23 MART – Ağdam şəhəri, Gülablı Şelli, Papravənd və Abdal kəndləri
atəşə tutulur. 15-dək ev dağıdılır, yaralananlar olur.

24 MART – Mərzili kəndi atəşə tutulur, bir neçə bir dağıdılır, Abdal –
Gülablı, Şelli, Əliağalı və Qalayçılar kəndlərində atışma olur.

24 MART – Papravənd, Şelli, Əhmədavar və Çuxurməhlə kəndləri,
Ağdam müdafiəçilərinin mövqeləri atəşə tutulur, üç nəfər yaralanır.

25 MART – Qalayçılar kəndi atəşə tutulur.

25 MART – Ağdamla Əsgəran arasındakı post dağıdılır, düşmən əks –
hücumla geri oturdulur.

25 MART – Şelli, Əhmədavar, Çuxurməhlə və Gülablı kəndləri atəşə
tutulur. Martın 26-na keçən gecə – Ağdam şəhəri, Şelli kəndi atəşə tutulur,
dağıntılar olur.

26 MART – Əliağalı, Papravənd və Cinli kəndlərində atışma baş verir.

27 MART – Şelli kəndi atəşə tutulur.

28-30 MART – Şelli və Gülablı kəndləri atəşə tutulur.

31 MART – Əliağalı, Cinli, Qalayçilar və Papravənd kəndləri atəşə

APRELIN 1—nə keçən gecə – Şelli, Gülablı, Qalayçılar və Yeni Qaralar
kəndləri atəşə tutulur.

1 APREL – Abdal – Gülablı kəndi atəşə tutularaq hücuma məruz qalır, 3
nəfər yaralanır, 15-ə yaxın ev dağıdılır.

2 APREL – Düşmən Abdal – Gülablı kəndindən geri oturdulur,
Papravənd kəndi atəşə tutulur, bir nəfər həlak olur, bir nəfər yaralanır, Şelli kəndi
atəşə tutulur.

3 APREL – Şelli kəndi atəşə tutulur.

7 APREL – Abdal – Gülablı kəndi atəşə tutulur.

10 APREL – Şelli, Gülablı, Əliağalı, Qalayçılar, Şotlanlı və Papravənd
kəndləri atəşə və basqına məruz qalır.

11-13 APREL – Papravənd, Boyəhmədli, Yeni Qaralar kəndləri şiddətli
atəşə tutulur. 3 ev Boyəhmədlidə, 8 ev Papravənddə dağıdılır. Papravəndə yenidən
hücum edilir, Döyüşlərdən sonra düşmən geri oturdulur. 5 nəfər yaralanır.

12 APREL – Şelli, Abdal – Gülablı kəndləri atəşə tutulur.

13 APREL – Güllücə, Boyəhmədli və Şotlanlı kəndləri atəşə tutulur.

APRELIN 16- na keçən gecə – Şelli və Gülablı kəndləri atəşə tutulur.

17 APREL – Şelli kəndi atəşə tutulur.

27-28 APREL – Gülablı kəndi atəşə tutulur, 15 ev dağıdılır, 1 nəfər
yaralanır.

APRELIN 28-nə keçən gecə – Əliağalı, Qalayçılar, Şotlanlı kəndləri atəşə

APRELIN 29-na keçən gecə rayonun bir sıra yaşayış məntəqələri atəşə
tutulur. Dağıntılar və zərərçəkənlər var.

APRELIN 30-na keçən gecə – Xocavənd rayonunun Əmirallar kəndinə
olunan hücum Ağdam özünümüdafiə qüvvələrinin köməyi ilə dəf edilir.

3-5 MAY – Ağdam şəhərində Qarabağın müdafiəsi uğrunda döyüşən
hərbi hissə komandirlərinin müşavirəsi keçirilir.

MAYIN 5-nə keçən gecə – Şelli, Çuxurməhlə və Xıdırlı kəndləri atəşə

8 MAY – Ağdam şəhəri və rayonun Qarabağla həmsərhəd kəndləri atəşə
tutulur, Ağdam istiqamətindən hücum əməliyyatı keçirilərək bəzi kəndlər
ermənilərdən azad edilir.

10 MAY – Ağbulaq, Pircamal uğrunda döyüşlər gedir.

11 MAY – Naxçıvanik kəndi uğrunda döyüşlər aparılır, bütün cəbhə boyu
şiddətli döyüşlər gedir, Ağdam şəhəri atəşə tutulur, 10-dan çox ev dağıdılır.

12 MAY – rayonun mərkəzi, Şelli, Əhmədavar, Xıdırlı, Abdal – Gülablı
və Qalayçılar kəndləri atəşə tutulur, dağıntı və yaralanlar var.

13 MAY – Ağdam şəhəri. Gülablı kəndi atəşə tutulur.

14-15 MAY – Xıdırlı kəndi atəşə tutularaq hücuma məruz qalır.

15 MAY – Abdal – Gülablı kəndi atəşə tutularaq hücuma məruz qalır.
Kəndlərin bir hissəsi düşmən əlinə keçir, evlər və tikintilər yandırılır.

16 MAY – Azərbaycan Silahlı Qüvvələri cəbhənin bəzi istiqamətlərindən
düşmənə zərbələr endirilir.

17 MAY – Ağdam şəhəri, Əhmədavar, Şelli, Gülablı, Qaybalı kəndləri
atəşə tutulur.

19 MAY – rayon mərkəzi və ətraf kəndlər atəşə tutulur.

25 MAY – Ağdam rayonunun bir sıra yaşayış məntəqələri atəşə tutulur,
dağıntı və tələfat var.

30 MAY – Gülablı, Papravənd, Şelli və Əhmədavar kəndləri atəşə tutulur.
3 nəfər yaralanır.

31 MAY – Gülablı, Şelli, Papravənd və digər kəndlər atəşə tutulur.

12 İYUN – Ağdam özünümüdafiə qüvvələri tərəfindən Sırxavənd, Orta və
Baş Güneytəpə, Kiçan, Bəşirlər, Manikli və Qaraşlar kəndləri azad edilir.

12 İYUN – Şəhərətrafı postlar, Gülablı, Şelli və Papravənd kəndləri atəşə

12 İYUN – Aödam özünümüdafiə qüvvələri tərəfindən Aranzəmin,
Purcamal, Naxçıvanik kəndləri azad edilir.

13 İYUN – Əsgəran rayonunun Dəhraz kəndi uğrunda döyüşlər gedir.

15 İYUN – Azad edilmiş kəndlərdə Azərbaycan Silahlı Qüvvələri
möhkəmlənir. Əsgəran və Xanabad uğrunda döyüşlər gedir.

18-21 İYUN – Qaralar kəndi uğrunda döyüşlər gedir.

21 İYUN – Cinli, Əlimədədli, Qalayçılar kəndləri atəşə tutulur.

29 İYUN – Papravənd kəndinə hücum edilir.

1 İYUL – Şelli və Çuxurməhlə kəndləri atəşə tutulur. Şellidə 4 ev
dağıdılır, 3 nəfər yaralanır.

İYULUN 2-nə keçən gecə – Abdal – Gülablı, Qiyaslı, Xıdırlı, Naxçıvanik
kəndləri atəşə tutulur.

İYULUN 6-na keçən gecə rayonun kəndləri atəşə tututlur. Düşmən
Pircamal və Naxçıvanik kəndlərinə daxil olmağa səy göstərir, Yeni Qaralar
kəndində vəziyyət sabitləşir, Azərbaycan Silahlı Qüvvələri azad olunmuş
Naxçıvanik kəndini tərk edirlər.

7 İYUL – Şelli. Qasımlı və Muğanlı kəndləri hərbi vertolyotdan atəşə
tutulur. Dağıntılar, ölən və yaralananlar var.

13 İYUL – Abdal – Gülablı, Şelli və Xıdırlı kəndləri atəşə tutulur.

İYULUN 16-na keçən gecə Mərzili. Novruzlu, Əhmədavar, Şelli, Abdal –
Gülablı və Çuxurməhlə kəndləri atəşə tutulur.

İYULUN 22 –nə keçən gecə Əliağalı, Yeni Qaralar və Ağdam şəhəri atəşə

İYULUN 27-nə keçən gecə Ağdam şəhəri, Çuxurməhlə, Əhmədavar və
Xıdırlı kəndləri atəşə tutulur.

İYULUN 28 –nə keçən gecə Ağdam şəhəri, Xıdırlı, Əhmədavar, Əliağalı,
Papravənd, Qalayçılar kəndləri atəşə tutulur.

28 İYUL – Ağdam şəhəri, Çuxurməhlə, Xıdırlı, Gülablı kəndləri atəşə

29 İYUL – rayon mərkəzi, Abdal – Gülablı, Əhmədavar, Papravənd,
Çuxurməhlə, Qalayçılar, Şelli, Əliağalı kəndləri atəşə tutulur.

4 AVQUST – Abdal – Gülablı kəndi atəşə tutulur.

AVQUSTUN 6-na keçən gecə Ağdam şəhəri, Sarıhacılı, Xıdırlı və
Əhmədavar kəndləri atəşə tutulur.

11 AVQUST – rayonun bir sıra kəndləri atəşə tutulur.

14 AVQUST – rayon mərkəzi, Gülablı və Pircamal, Şelli, Əliağalı və
Papravənd kəndləri atəşə tututlur. Dağıntılar, ölən və yaralananlar var.

AVQUSTUN 16-na keçən gecə Ağdam şəhəri və rayonun Dağlıq
Qarabağla bitişik kəndləri atəşə tutulur.

AVQUSTUN 17-nə keçən gecə Ağdam şəhəri və rayonun Dağlıq
Qarabağla həmsərhəd kəndləri atəşə tutulur.

AVQUSTUN 18-nə keçən gecə rayon mərkəzi, Abdal – Gülablı kəndləri
atəşə tutulur.

AVQUSTUN 24-nə keçən gecə Abdal – Gülablı kəndi atəşə tutulur.
Tələfat və dağıntılar var.

AVQUSTUN 25-nə keçən gecə rayonun bəzi kəndləri atəşə tutulur.

AVQUSTUN 26-na keçən gecə rayon mərkəzi, Yuxarı Qarabağa bitişik
kəndlər atəşə tutulur.

SENTYABRIN 2-nə keçən gecə rayonun bəzi kəndləri atəşə tutulur.
Dağıntılar ölən və yaralananlar var.

SENTYABRIN 4-nə keçən gecə Abdal – Gülablı kəndi işğal edilir.

8 SENTYABR – rayonun yaşayış məntəqələri atəşə tutulur.

SENTYABRIN 16-na keçən gecə Ağdam şəhəri və rayonun bir sıra
kəndləri atəşə tutulur.

SENTYABRIN 18-nə keçən gecə rayonun yaşayış məntəqələri atəşə

23 SENTYABR – Abdal – Gülablı kəndini azad etmək üçün əməliyyata
başlanılır.

24 SENTYABR – Fərrux kəndi və Daşbaşı yüksəkliyi döyüşçülərimiz
tərəfindən ələ keçirilir.

25 SENTYABR – Abdal – Gülablı kəndinə hücum edən qüvvələr geri
çəkilir. Xanabad uğrunda döyüşlər gedir.

28 SENTYABR – Ağdam şəhəri, Əliağalı, Əlimədədli. Xaçındərbənd,
Mollalar, Kürdlər kəndləri atəşə tutulur. Yaralananlar və yanğınlar var. 20-dən çox
ev dağıdılır.

29 SENTYABR – Ağdam şəhəri, Mərzili, Bağbanlar və Novruzlu
kəndləri atəşə tutulur. Xanabad və ətraf yüksəkliklər uğrunda döyüşlər davam

1 OKTYABR – Ağdam şəhəri, Əliağalı, Əlimədədli, Xaçındərbənd,
Mollalar, Kürdlər və digər kəndlər atəşə tutulur. Düşmən əks- zərbə ilə geri

2 OKTYABR – rayon mərkəzi, Dağlıq Qarabağla həmsərhəd kəndlərimiz
atəşə tutulur, dağıntılar var.

3 OKTYABR – Ağdam şəhəri, Mərzili, Bağbanlar və Novruzlu kəndləri
atəşə tutulur, ölən və yaralananlar var.

12 OKTYABR – Ağdam və Xocavənd istiqamətində işğal olunmuş
kəndlərimizi geri qaytarmaq uğrunda döyüşlər gedir.

14 OKTYABR – Ağdam şəhəri, rayonun bir sıra kəndləri atəşə tutulur.

OKTYABRIN 15-nə keçən gecə Ağdam rayonunda ermənilərin zəbt
etdiyi ərailərin azad edilmə əməliyyatları davam etdirilir.

23 OKTYABR – Ağdam şəhəri, Əlimədədli, Əliağalı, Xaçındərbənd,
Mollalar, Kürdlər kəndləri atəşə tutulur. Ölən və yaralananlar var.

25-26 OKTYABR – Ağdam şəhəri, Əlimədədli, Əliağalı, Xaçındərbənd,
Mollalar, Kürdlər kəndləri atəşə tutulur. Çoxlu dağıntılar var.

27 OKTYABR – Ağdam şəhəri, Əliağalı, Əlimədədli, Mollalar. Cinli
kəndləri atəşə tutulur. Dağıntı, ölən və yaralananlar var.

29 OKTYABR – Ağdam şəhəri atəşə tutulur. 3 nəfər həlak olur,
dağıntılar var.

29 OKTYABR – 2 NOYABR – Fərrux, Xanabad və Sırxavənd
məntəqələri uğrunda irimiqyaslı hərbi əməliyyat keçirilir. Əməliyyatda qarşıya
qoyulan məqsədlərə nail olunmur.

9 NOYABR – Ağdam şəhəri, bir sıra kəndlər atəşə tutulur.

23-24 NOYABR – Azərbaycan Respublikasının Prezidenti Ağdama olur.

2 DEKABR – Ağdam şəhəri atəşə tutulur, ölən və yaralananlar var.

3 DEKABR – Ağdam şəhəri, bir sıra kəndlərimiz atəşə tutulur.

6 DEKABR – Mərzili kəndi işğal edilir.

6-18 DEKABR – Ağdam ətrafında döyüşlər gedir.

DEKABRIN 7-nə keçən gecə Ağdam şəhəri və ətraf kəndlər atəşə
tutulur, zərərçəkənlər var.

7 DEKABR – Mərzili kəndi düşməndən azad edilir.

DEKABRIN 14-nə keçən gecə Ağdam cəbhəsində atışmalar baş verir.

30 DEKABR – rayonun kəndləri istiqamətində hücum edilir.

1993-cü il

3 YANVAR – Ağdam rayon ərazisində fövqəladə vəziyyət tətbiq edilməsi
haqqında Azərbaycan Respublikasının Prezidenti fərman verir.

19 YANVAR – Ağdam şəhəri atəşə tutulur. 2 nəfər həlak olur,
yaralananlar var.

20 YANVAR – Ağdam şəhəri atəşə tutulur.

24 YANVAR – Ağdam şəhəri atəşə tutulur. Ağdamdakı hərbi hissələrin
birində partlayış baş verir. Ölən və yaralananlar var.

26 YANVAR – Fərrux dağ yüksəkliyi ətrafında döyüşlər gedir.

27 YANVAR – Ağdam şəhəri, Muğanlı, Bağbanlar kəndləri atəşə tutulur.
Dağıntı var.

FEVRALIN 2-nə keçən gecə Mərzili kəndi atəşə tutulur.

4 FEVRAL – Ağdam şəhəri atəşə tutulur.

5 FEVRAL – Mərzili kəndi atəşə tutulur.

6 FEVRAL – Azərbaycan Respublikasının Prezidenti “Ağdam rayonu
ərazisində fövqəladə vəziyyət elan edilməsi haqqında” fərman verir.

FEVRALIN 9-na keçən gecə bütün cəbhə boyu vəziyyət kəskin surətdə
gərginləşir. Düşmən Ağdam və Xocavənd rayonları istiqamətində hücumlar edir.
Hücum Şellidə dayandırılır.

9 FEVRAL – Düşmən Ağdam bölgəsində Şelli, Xramort və Ergi
istiqamətində cəbhə xəttinin yarılmasına cəhd göstərir. Ergi düzündə döyüşlər
gedir, Papravənd, Şahbulaq, Boyəhmədli kəndləri və rayon mərkəzi atəşə tutulur.
Xeyli yaralananlar var.

FEVRALIN 14-nə keçən gecə Ağdam rayonunun ərazisi atəşə tutulur.

16-17 FEVRAL – Ağdam rayonunun mərkəzi atəşə tutulur. Ölən,
yaralanan və dağıntılar var.

17 FEVRAL – Düşmən Şelli istiqamətindən hücum etməyə cəhd göstərir.

21 FEVRAL – Düşmən Ağdam cəbhəsinin Şelli və Ergi istiqamətindən
hücuma keçir. Şelli ətrafında şiddətli döyüşlər gedir.

22 FEVRAL – Ağdam şəhəri atəşə tutulur. Şelli və Mərzili kəndlərinə
hücumlar dəf edilir.

23 FEVRAL – Xramort kəndi istiqamətində mövqe döyüşləri davam edir.
Manikli kəndindəki mühüm Sığnaq yüksəkliyi atəşə tutulur. Həlak olanlar var.

28 FEVRAL – Ağdam rayonunun Mərzili və Füzuli rayonunun Aşağı
Veysəlli kəndindən olan altı girov dəyişdirilir.

MARTIN 4-nə keçən gecə Xocavənd rayonundakı Qaraçuq dağı
istiqamətindən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə müvəffəqiyyətsiz
hücum edilir.

6 MART – Azərbaycan Respublikasının Prezidenti “Ağdam rayonu
ərazisində fövqəladə vəziyyət rejiminin uzadılması haqqında” fərman verir.

12 FEVRAL – Canyataq və Gülyataq istiqamətində mövqe döyüşləri

15 MART – Xramort ətrafında gərgin döyüşlər gedir.

19-22 MART – Düşmən tərəfindən Papravənd kəndi istiqamətində
hücuma cəhd göstərilir. Kənd uğrunda, Canyataq və Gülyataq istiqamətində
döyüşlər gedir.

5 APREL – Yuxarı Qarabağla həmsərhəd kəndlər o, cümlədən, Ağdam
ərazisi atəşə tutulur.

APRELIN 14-nə keçən gecə Xocavənd ərazisi istiqamətindən Ağdam
rayonu ərazisinə hücum edilir. Düşmənin hücumu dayandırılır. Dörd nəfər həlak
olur, yeddi nəfər yaralanır.

APRELIN 16-na keçən gecə Əliağalı kəndinə hücum edilir. Düşmən geri
oturdulur. İki nəfər həlak olur, yeddi nəfər yaralanır.

8 MAY – Fərrux kəndi ətrafındakı yüksəklikləri tutmaq uğrunda döyüşlər

11 İYUN – Ermənistan Silahlı Qüvvələri güclü artilleriya hazırlığından
sonra Ağdam və Ağcabədi istiqamətində hücuma keçir. Bir neçə kəndimiz, o
cümlədən, Mərzili kəndi işğal olunur.

12 İYUN – Düşmən Ağdam şəhərinə, rayonun Şelli, Mərzili, Yusifcanlı,
Cinli, Yeni Qaralar, Əliağalı kəndlərinə irimiqyaslı hücuma keçir. Bir müddət
sonra döyüşlər Ağdam rayonunun Əlimədədli və Xaçındərbənd kəndləri ətrafında

15 İYUN – Əlimədədli, Qalayçılar, Əliağalı kəndləri istiqamətində
düşmən güclü hücuma keçir. Cinli, Qalayçılar, Əlimədədli və Əliağalı kəndləri
işğal edilir. Günün ikinci yarısında Əlimədədli azad edilir. Döyüşlər Qalayçılar və
Kürdlər kəndləri yaxınlığında davam edir.

17 İYUN – Ermənistan Silahlı Qüvvələrinin rayona hücumu davam edir.
Düşmən Ağdam və Ağdərə yolunu kəsməyə can atır. Ağdam şəhəri və ətraf
kəndlər atəşə tutulur.

28 İYUN – Döyüşlər Ağdam şəhərinin 5 kilometrliyində gedir. Şəhər
güclü atəşə tutulur.

29 İYUN – Qızıllı – Kəngərli, Xramort kəndləri ətrafında döyüşlər gedir.
Cəbhə xətti Ağdamın 2 kilometrliyindən keçir.

30 İYUN – Şəhər güclü atəşə tutulur. Xeyli ölən və yaralanan var.

4 İYUL – rayonun Şıxbabalı. Muğanlı, Saybalı, Bağbanlar, İsmayılbəyli.
Pirzadlı, Mərzili, Yusifcanlı, Novruzlu və digər bir neçə kənd işğal edilir.

5 İYUL – Azərbaycan Silahlı Qüvvələri Ağdamdakı hərbçilərin köməyi
ilə birlikdə rayonun Qasımlı, Muğanlı. Poladlı kəndlərini azad edir. İsmayılbəyli və
Bağbanlar uğrunda döyüşlər gedir.

6 İYUL – Ağdam şəhəri istiqamətində güclü hücum edilir.

7 İYUL – rayonun cənub tərəfində döyüşlər ara vermədən davam edir.

8 İYUL – düşmənin yeni hücumu nəticəsində Şelli, Qasımlı, Saybalı
kəndləri yenidən işğal edilir. Ağdam şəhərinin qərb istiqamətindəki mövqeləri ələ
keçirilir.

10 İYUL – Ağdam şəhəri atəşə tutulur, dəmir yolu xətti dağıdılır.

11 İYUL – rayonda vəziyyət gərgin olaraq qalır, döyüşlər gedir.

12 İYUL – ATƏM- in Minsk qrupunun sədri M. Rafaelli Ağdam
şəhərində olur.

15 İYUL – rayonda hakimiyyət çevrilişi gedir.

15 – 20 İYUL - Düşmən strateji əhəmiyyətli Yeddi Xırman dağını da ələ
keçirir. Xıdırlı, Qiyaslı və Seyidli kəndlərini yandırır.

16 İYUL – Ağdam bölgəsində döyüşlər gedir.

19 İYUL – Novruzlu kəndi atəşə tutulur.

21 İYUL - Ermənistan Silahlı Qüvvələri güclü raket – artilleriya
hazırlığından sonra Ağdam şəhəri üzərinə yenidən irimiqyaslı hücuma keçir. Üç
istiqamətdən hücum edən düşmən günortaya yaxın şəhərin cənubundakı Muğanlı
və Şıxbabalı kəndlərini işğal edir, şəhərdə çoxlu dağıntı və tələfat var. Çuxurməhlə.
Əhmədavar kəndlərində şiddətli döyüşlər gedir, şəhər tam mühasirəyə alınır.

22 İYUL – Ağdam şəhərinə irimiqyaslı hücum davam edir. Şəhərin qərb
istiqaməti ələ keçirilir. İlkin məlumata görə 40 nəfər dinc sakin həlak olur. 100-dən
çox adam yaralanır. Qiyaslı, Xıdırlı, Sarıcalı, Muradbəyli kəndləri işğal edilir və
düşmən şəhərə soxulur, eyni zamanda cənub istiqamətində Novruzlu, Yusifcanlı
kəndləri zəbt edilir.

23 İYUL – gün ərzində Ağdamın mərkəzində küçə döyüşləri gedir. Saat
17.00 radələrində şəhər işğal edilir


Müəllif: