22 Avqust 2017 16:56
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin avqustun 23-də Ermənistan Prezidenti Serj Sərkisyanla Soçidə görüşəcək.

Teleqraf.com Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, Sərkisyanın qısamüddətli işçi səfəri çərçivəsində tərəflərin beynəlxalq və regional məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizama salınması yolları ətrafında müzakirə aparacağı gözlənilir.

Putin Sərkisyanla həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın perspektivlərini müzakirə edəcək. Martda Ermənistan prezidentinin rəsmi səfəri zamanı əldə olunmuş razılıqların reallaşmasının gedişatına baxılacağı da planlaşdırılıb.


Müəllif: Nərgiz