24 Avqust 2017 11:34
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov “Qarabağ” klubunun Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi münasibətilə komandanı təbrik edib.

Teleqraf.com xəbər verir ki, Novruz Məmmədov təbrikini Feysbuk sosial şəbəkəsindəki hesabında çatdırıb: “Qarabağ” futbol klubunu bu tarixi nailiyyəti münasibətilə təbrik edirəm! Qələbələriniz davamlı olsun!!!”

Qeyd edək ki, dünən UEFA Çempionlar Liqasının pley-off mərhələsində Ağdamın “Qarabağ” klubu həlledici matça çıxıb. Matç “Kopenhagen”in 2:1 hesablı qələbəsi ilə başa çatıb. İki oyunun nəticəsi bərabər olsa da, rəqib meydanda vurulan top hesabına “Qarabağ” növbəti mərhələyə adlayıb. Danimarka təmsilçisi ilə Bakıdakı görüş Qurban Qurbanovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. Beləliklə, “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub.


Müəllif: Nərgiz