23 İyul 2014 14:57

ABŞ xüsusi xidmət orqanları Malaziyaya məxsus “Boinq 777” təyyarəsinin Ukrayna separatçıları tərəfindən səhvən vurulduğunu düşünür.

ABŞ kəşfiyyat nümayəndələri apardıqları araşdırmanın nəticələrini açıqlayıblar.

“Biz təyyarənin səhvən vurulduğunu düşünürük. Biz raketin kimin tərəfindən atıldığını dəqiq bilmirik, amma o da bəllidir ki, separatçıları bu raket kompleksi ilə ruslar təmin edib. Ondan istifadə qaydasını da ruslar öyrədib. Burda Rusiyanın birbaşa iştirakı haqda dəlillər azdır, amma düşünürük ki, Moskvanın separatçıları dəstəkləməsi buna şərait yaradıb”,- deyə kəşfiyyatçılar bildirib.

Qeyd ediblər ki, separatçılar Rostov yaxınlığındakı hərbi bazada təlimlər keçirlər.

/publika.az/


Müəllif: