23 İyul 2014 16:25
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Rusiyanın RBK kanalını Dağlıq Qarabağla bağlı rəsmi Moskvanın mövqeyinə uyğun olmayan qərəzli siyasət aparmaqda günahlandırıb.

Məlumata görə, N.Məmmədov öz "twitter" səhifəsində yazıb: "RBK kanalı 2 ermənini dəvət edərək Dağlıq Qarabağın ətrafında rəsmi Moskvanın mövqeyinə uyğun olmayan qərəzli siyasət aparır".

Prezident Adminstrasiyası rəsmisinin sözlərinə görə, RBK özünü neytral kanal kimi göstərərək təəssüf ki, məkrli niyyətə xidmət edir: "Bu kanal yalan məlumatlarla ictimaiyyəti aldadaraq mövqe formalaşdırmağa çalışır".

/trend/


Müəllif: