23 İyul 2014 17:02
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Ben Gurion aeroportunun 1,6km yaxınlığına raket düşəndən sonra ABŞ və Avropa hava nəqliyyat şirkətləri bu hava limanına uçuşları dayandırıb.

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) İsrailə uçan ABŞ şirkətlərinə - Delta, United və US Airways - uçuşları 24 saatlıq dayandırmağa göstəriş verib.


Dayandırma nəticəsində İsrailin Baş naziri Binyamən Netanyahu ABŞ-dan xahiş edib ki, İsrailə uçuşlar bərpa edilsin.Avropanın aviasiya nizamçısı həmçinin hava nəqliyyat şirkətlərini Tel Avivə uçmamağa çağırır.

Cənab Netanyahu ABŞ Dövlət Katibi John Kerry-dən xahiş edib ki, FAA qadağasını qaldırılmaq üçün ona yardım etsin.

"Terrora hədiyyə"

Qadağa münaqişə zonalarının yaxınlığında tətbiq olunan daha sərt təhlükəsizlik tədbirlərilə təsadüf edir.

Daha əvvəl İsrailin nəqliyyat nazirliyi deyib: "Ben Gurion Aeroportu təhlükəsizdir və tamamilə mühafizə olunur, Amerika şirkətlərinin bura uçuşlarını dayandırıb terrora hədiyyə verməyin heç bir səbəbi yoxdur".

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) "çox məsləhət" edib ki, hava nəqliyyat şirkətləri Tel Avivə və Tel Avivdən uçmaqdan çəkinməlidir.

EASA bəyanatından da əvvəl Lufthansa şirkəti demişdi ki, İsrailə uçuşları iki günlük dayandırmaq qərarına gəlib.

KLM və Air France həmçinin uçuşları EASA məsləhətindən əvvəl dayandırdıqlarını bildiriblər.

EasyJet, Air Canada və Alitalia uçuşları ləğv etdiklərini deyiblər.

/BBC/


Müəllif: