23 İyul 2014 17:17
659

Gülən-Ərdoğan davası Ərəbistana çatıb.


Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyə” televiziyasının internet saytı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın ailə dostunu İŞİD-ə maliyyə ayırmaqda ittiham edib.

Məlumata görə, beynəlxalq aləmdə adı islamçı terror qruplaşmaları ilə birgə hallan iş adamı Yasin əl-Qazi telekanalda İŞİD-lə əlaqələndirilib.

Xəbəri Gülən hərəkatı yazdırıb

Ancaq xəbərdə diqqət çəkici əsas detal başqadır. Xəbəri, Ərdoğanı Tvitterdə tənqid etdiyinə görə Türkiyədən deportasiya edilən “Todays Zaman”ın jurnalisti Mahir Zeynalov yazıb. Fətullah Gülən hərəkatına aid olması çoxlarına bəlli olan Azərbaycan əsilli jurnalistin bəhs olunan xəbəri sifarişlə yazdığı iddia edilib.

Gülən camaatının ingilisdilli qəzeti olan “Todays Zaman”da yazarlıq edən Mahir Zeynalovun imzası ilə yayımlanan "IŞİD: Ankaranın yaramaz uşağı" başlıqlı xəbərində əl-Qadinin IŞİD ilə yaxın əlaqədə olduğu və təşkilata maliyyə dəstəyi verdiyi yazılıb.

Ərdoğanın ailə dostu olan ərəb iş adamı Yasin əl-Qadinin İraq və Suriyada İslam Dövləti elan edən İŞİD terror təşkilatı ilə əlaqəsinin olması ilə bağlı yayımlanan material “əl-Ərəbiyə” kanalı tərəfindən dünən təkzib edilib.

/axar.az/


Müəllif: