24 Aprel 2014 17:55
2 802
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rayonda saqqallı adam görməmişəm"

"Salyanda vəhhabi, nurçu yoxdur. Hazırda rayondayam. Mən burada saqqallı adam görməmişəm. Kimsə rayondan keçib gedirsə, bu o demək deyil ki, salyanlıdır". Bunu Teleqraf.com-a açıqlamasında Salyandan olan millət vəkili Əliağa Hüseynov mətbuatda Salyan rayonunda vəhhabilərin kütləvi etiraz aksiyası keçirməyə hazırlaşması barədə yazılanlara münasibət olaraq bildirib.

Mətbuatda yazılanlara görə, vəhhabilərin bu yola əl atmasına səbəb rayonun Arbatan kəndində onlardan birinin saqqalının məcburi qaydada qırxılması olub. Kütləvi qarşıdurmadan ehtiyat edən rayonun hüquq-mühafizə orqanları ciddi tədbirlər həyata keçiriblər. Terror təhlükəsindən sığortalanmaq məqsədilə kənd məktəblərində və xəstəxanalarda 24 saat polis növbəsi təyin olunub.

Ə.Hüseynov qeyd etdi ki, Salyanda vəhhabilərin olması barədə deyilənlər yalandır: "Salyanda saqqallı adam görməmişəm. Nə vəhhabi, nə nurçu. Belə bir şey yoxdur. Burada hamı müsəlmandır. Başqa dinlər yoxdur. Varsa da, heç kəsə problem yaratmırlar. Din azadlığı təmin edilib. Xahiş edirəm ki, belə şeylərə inanmayın".

Ruslan


Müəllif: Ruslan Xəlil