2 Sentyabr 2017 19:01
1 921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əslən Güney Azərbaycandan olan müğənni Ququşun (Faiqə Atəşin) İrəvana gəlişinə qədər Ermənistanda konsert biletlərinin qiyməti heç vaxt 150 min dramdan yuxarı olmayıb.

Teleqraf.com erməni KİV-nə istinadla xəbər verir ki, İrəvanda ilk dəfə Ququşun konsertindəki bilet 300 min dram (600 dollardan çox) dəyərində satışa çıxarılıb.

Avqustun 31-də Karen Dəmirçiyan adına idman-konsert kompleksində keçirilən konsertin ən ucuz biletinin qiyməti isə 37500 dram olub.

Məlumata görə, indiyədək Ermənistanda ən bahalı biletlər “Comedy Club”, Şarl Aznaur, Eros Ramazotti, İrina Alleqrovanın verdiyi konsertdə olub ki, bu da 150 min dramı ötməyib.

Ququşun konsertinə biletlər satışa çıxarılandan ekspertlər tamaşaçıların böyük qisminin turistlər olacağını proqnozlaşdırırdılar. Yalnız diaspor erməniləri bilet ala biliblər. Əksəriyyəti isə iranlılar təşkil edib.


Müəllif: Nərgiz