11 Sentyabr 15:55
269

İsrail Azərbaycan Prezidentinin blogger Aleksandr Lapşinin əfv edilməsi barədə qərarını müsbət qarşılayır.

Teleqraf.com xəbər verir ki, bunu İsrail səfiri Dan Stav bildirib.

Qeyd olunub ki, İsrail Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini və Minsk qrupunun səylərini dəstəkləyir və Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

Xatırladaq ki, bu gün Prezident İlham Əliyev Aleksandr Lapşinin əfv edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, 1976-cı ildə anadan olmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 iyul tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş İsrail Dövlətinin vətəndaşı Lapşin Aleksandr Valeryeviç cəza çəkməkdən azad edilsin.


Müəllif: Teleqraf.com