12 Sentyabr 2017 08:05
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lapşinin ekstradisiyasına dair prosedur Azərbaycan rəsmiləri tərəfindən həyata keçirilir və bu səbəbdən onun İsrailə nə vaxt göndəriləcəyinə dair məlumat verə bilmərik.

Bu sözləri Teleqraf.com-un sorğusuna cavabda İsrailin Azərbaycandakı səfiri Dan Stav bildirib.

Diplomatın sözlərinə görə, Lapşin İsrail vətəndaşı olduğuna görə İsrail konsulu onu təcridxanada ziyarət edib:

“Aleksandr Lapşının hazırda harada olduğuna dair məlumata gəlincə, səfirlik onun şəxsi məsələlərinə müdaxilə edə bilməz”.

Xatıladaq ki, Dan Stav İsrailin Azərbaycan prezidentinin blogger Aleksandr Lapsının əfv qərarını müsbət qarşıladığını və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını söyləyib.


Müəllif: Nərgiz