24 İyul 2014 14:48

Masallı rayonunda iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Hadisə iyulun 24-də saat 11.00 radələrində Ələt – Astara avtomobil yolunun şəhərin Seybətin dairəsindən keçən hissəsində qeydə alınıb.

Müddətdən artıq xidmət edən 1991-ci il təvəllüdlü Elçin Ələs oğlu Qocayevin idarə etdiyi Daxili Qoşunlara məxsus “QAZ-3108” markalı, 09-46 DQ dövlət nömrə nişanlı hərbçiləri daşıyan maşın Lənkəran şəhər sakini, 1983-cü il təvəllüdlü Xalid Sultan oğlu Səlimlinin idarə etdiyi “VAZ-21154” markalı, 42 BK 168 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Nəticədə “VAZ-21154”-ün sürücüsü və onun yanındakı sərnişin, Lənkəran şəhər sakini, 1982-ci il təvəllüdlü Toğrul Məmmədağa oğlu Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hərbçilərdən isə xəsarət alan olmayıb.

Hazırda faktla bağlı araşdırma aparılır. Qəzanın dəqiq başvermə səbəbləri avtoekspertizanın rəyindən sonra bəlli olacaq.

/APA/


Müəllif: