12 Sentyabr 2017 21:57
1 422
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın müdafiə naziri Serqey Şoyqu Suriya Prezidenti Bəşər Əsədlə görüşüb.

Teleqraf.com rus mediasına istinadla xəbər verir ki, ordu generalı bu gün Rusiya Prezidenti Vladimir Putinin tapşırığı ilə Dəməşqə səfər edib.

Şoyqu Bəşər Əsədlə Suriyada Rusiya hərbi hava qüvvələrinin dəstəyi ilə hökumətin İŞİD terror qruplaşmasının məhv edilməsi əməliyyatlarının başa çatdırması üçün hərbi və hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə ediblər. Tərəflər həmçinin Yaxın Şərqdəki vəziyyətin sabitləşməsi, əhaliyə humanitar yardım göstərilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Moskva və Dəməşq hökumətləri arasında Suriya ərazisində Rusiya Silahlı Qüvvələri aviaqrupunun yerləşdirilməsi barədə sazişə dair protokolun imzalanması barədə sərəncam imzalayıb.

BMT-ın məlumatlarına görə, Suriyada 2011-ci ildən başlanan silahlı toqquşmalar nəticəsində 220 mindən çox insan həlak olub.


Müəllif: Nərgiz