24 İyul 2014 15:42
461

HƏMAS hərəkatı İsrail işğal edilmiş Fələstin torpaqlarını azad etməyənədək tərk-silah olmaq niyyətində deyil.

Bunu HƏMAS-ın Siyasi bürosunun rəhbəri Xalid Məşəl bildirib.

Onun sözlərinə görə, ilk növbədə İsrail tərk-silah olmalıdır.

X.Məşəl qeyd edib ki, İsraril Fələstindəki yəhudi məskənlərində dinc sakinlərin yaşadığını iddia edir: "Əslində isə belə deyil, çünki onlar Fələstinin işğal edilmiş ərazilərində yaşayırlar".

O deyib ki, İsrailin təcavüzü ilə qarşılaşan Qəzza əhalisinin özünümüdafiə hüququ var.

Qeyd edək ki, İsrailin iyulun 7-dən başladığı hərbi əməliyyat nəticəsində indiyədək aralarında uşaq və qadınların da olduğu 800-dən çox insan öldürülüb.

İsrail ordusu isə 45 hərbçi itirib..

/trend/


Müəllif: