13 Sentyabr 2017 20:13
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi alması barədə üzvü olduğu NATO-ya heç bir məlumat verməyib.

Teleqraf.com xəbər verir ki, bu barədə adı açıqlanmayan NATO nümayəndəsi Rusiya mətbuatına bildirib. O, qeyd edib ki, NATO üzvü olan ölkələrdən heç birində S-400 sistemi yoxdur.

Qeyd edək ki, rus rəsmiləri daha öncədən S-400-lərlə bağlı detalları açıqlamayacaqlarını bildirmişdi. Hazırda Rusiyanın Türkiyəyə neçə ədəd S-400 batareyası satdığı bilinmir.

Təslim ediləndən sonra Türkiyə S-400-dən istifadə edən ilk NATO ölkəsi olacaq. Hazırda NATO üzvü olan ölkələrdən yalnız Yunanıstanda S-300 raketləri var. Yunanıstan həmin sistemi NATO üzvü olmayan Kiprdən Türkiyəyə qaşı istifadə etmək üçün almışdı.

Qeyd edək ki, dünyada hava hücumundan ən etibarlı müdafiə sistemi olan S-400-lər pilotlu və pilotsuz, havadan gələn hər cür təhlükəni dəf etmək gücündədir.


Müəllif: Teleqraf.com