13 Sentyabr 2017 22:42
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ” kimi klubun mövcud olması belə böyük hadisədir. “Çelsi”yə qarşı Çempionlar Liqasında oynamaq inanılmaz nailiyyətdir. Qaçqın keçmişi olan komandanın yaşaması və uğurlar əldə etməsi...İndi onlar ölkədə ən böyük klubdur və bir neçə il belə olacağı gözlənilir.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Qarabağ” klubu haqda kitabın müəllifi hollandiyalı jurnalist Artur Huizinqa BBC-yə açıqlamasında “Çelsi”-“Qarabağ” matçını dəyərləndirərkən deyib.

10 ildir “Qarabağ”a azarkeşlik etdiyini deyən Artur Huizinqa klub barədə yazdığı kitab ərsəyə gələndə onun Azərbaycanda çempion ola bilmədiyinə diqqət çəkib: “Daha sonra “Qarabağ” ardıcıl uğurlara imza atdı. İndi isə Çempionlar Liqasında oynayır. Oyunu canlı izləməliydim, başqa cür ola da bilməz. Məncə, hesab vacib deyildi, əsas odur ki, “Qarabağ” Çempionlar Liqasında çıxış etdi. Bəlkə də “Neftçi” və “Qəbələ” də qrup mərhələsində çıxış etsəydi, Azərbaycan futbolu üçün daha yaxşı olardı, Avropadan gələn pul bərabər bölünərdi”.

Transferlərə gəlincə, jurnalist hesab edir ki, “Qarabağ” transfer siyasətində yetərincə təvazökardır: “Klubun aldığı futbolçular çox bahalı deyil, ancaq faydalı oyunçulardır. Məncə, onlar doğru yoldadırlar”.


Müəllif: Nərgiz