15 Sentyabr 2017 18:31
1 325
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Türkiyə və Azərbaycanın birgə hərbi təlimləri, həmçinin, Prezident Rəcəb Tayyip Ərdoğanın Bakıya planlaşdırılan səfəri barədə danışıb.

Teleqraf.com xəbər verir ki, səfir iki ölkə arasında hərbi əməkdaşlığın artırılmasının vacib olduğunu qeyd edib: “Hərbi əməkdaşlığın gücləndirilməsi üçün Türkiyə və Azərbaycan Silahlı Qüvvələri daha da yaxınlaşmalı, işbirliyi artırılmalı və birgə təlimlərin keçirilməsi intensivləşməlidir. İnşallah, hərbi əməkdaşlıq daha da yüksək səviyyədə inkişaf edəcək”.

E.Özoral Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Bakıya səfərinin dəqiq informasiya olduğunu vurğulayıb. “Hələlik tarix dəqiq deyil, amma mütləq olacaq”, - deyə səfir bildirib.


Müəllif: Səxavət