Suriya və İraq ərazisinin bir qismini ələ keçirərək "İslam Xilafəti" elan etmiş "İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması daha bir iyrənc "yenilik" edib.
Teleqraf.com 20 Minutes-ə istinadən bildirir ki, İŞİD rəhbərliyinin qərarına görə, qruplaşmanın nəzarəti altında olan ərazilərdəki bütün iraqlı qadınlar sünnət ediləcəklər.
Bu isə təqribən 4 milyon qadının işgəncəyə məruz qalmasıdır.
BMT təmsilçisi Jaklin Bədkokun (Jacqueline Badcock) dediyinə görə, İŞİD bu gün müvafiq fətva yayıb. Ərbildə olan BMT yetkilisi deyib: "İraqda, xüsusilə də bu bölgədə hələ belə qayda olmayıb. Həddən artıq təhlükəli vəziyyət yaranır. İraqlı qadınlar sünnət istəmirlər".