24 İyul 2014 22:04
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Qəzza bölgəsinə 11 milyon avroluq humanitar yardım göstərməyi qərara alıb.

Teleqraf.com AzərTAc-a istinadən bildirir ki, bunu ölkə Prezidenti Fransua Olland iyulun 24-də Yelisey sarayında qeyri-hökumət təşkilatları ilə keçirdiyi görüşdə deyib.

Dövlət başçısı yardımın 8 milyonunun Fələstin Muxtariyyatına, 3 milyonunun isə BMT-yə və qeyri-hökumət təşkilatlarına ayrıldığını bildirib.

Fransa Prezidenti Qəzza bölgəsinə ayrılan vəsaitin dağıdılmış evlərin və sıradan çıxmış kommunikasiya xətlərinin bərpasına, habelə əhalinin sosial şəraitinin yaxşılaşmasına sərf olunacağını qeyd edib.


Müəllif: