19 Sentyabr 2017 13:28
2 547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi nazirliklərin mətbuat xidmətləri sadəcə olaraq, medianı ələ salmaqla məşğuldurlar.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri Feysbuk sosial şəbəkəsindəki profilində Gündəlik Teleqraf MMC-nin baş direktoru Aynur Camaqızı yazıb.

Fikirlərini davam etdirən baş direktor daha sonra yazıb: “Zəng edib məlumatı dəqiqləşdirmək istəyirsən, bilmirik deyirlər, yarım dəqiqə sonra hansısa agentlikdə geniş açıqlamaları dərc olunur. Sorğu göndərirsən. Sənin yazılı göndərdiyin suallara cavabları az sonra hansısa agentlikdə dərc olunur. Bu nə deməkdir? Mətbuat xidmətlərinə “yalnız agentliklərlə işləyin” tapşırığı verilib, yoxsa özləri belə ağıllı qərar veriblər?!”.

Aynur Camalqızı qeyd edib ki, belə davam etsə, həmin mətbuat xidmətlərini adlarını dərc edəcəklər: “Ya işinizi vicdanla görün, ya da kənara çəkilin. Heç kim qanundan üstün deyil”.


Müəllif: Səxavət