20 Sentyabr 2017 09:35
952
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikada baş vermiş zəlzələ nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hikmət Hacıyev Teleqraf.com-a bildirib ki, zəlzələdən dərhal sonra səfrilik bu ölkədə yaşayan və diplomatik missiyada qeydiyyatda olan bütün vətəndaşlarla əlaqə saxlayıb.

Məlum olub ki, zəlzələ nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.

H.Hacıyev bildirib ki, hər nahsı bir fövqəladə hal baş verdikdə Azərbaycan vətəndaşları yaşadıqları ölkədə fəaliyyət göstərən səfirliklərə müraciət edə bilərlər.

Qeyd edək ki, bu gecə Meksikada 7,1 bal gücündə güclü zəlzə baş verib.


Müəllif: Teleqraf.com