25 İyul 2014 10:31
1 319
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, iyulun 24-də saat 18 radələrində İlisu Dövlət Təbiət Qoruğu ilə sərhəddə yerləşən qış otlaq sahələrində naməlum səbəblərdən yanğın hadisəsi baş verib.

Dərhal əraziyə cəlb olunmuş İlisu Dövlət Təbiət Qoruğunun və Fövqəladə Hallar Nazirliyinin Qax, Zaqatala və Balakən Rayon Yanğından Mühafizə Hissələrinin əməkdaşlarının birgə səyləri nəticəsində gecə saat 03:30 radələrində yanğının qarşısı tam alınaraq Qoruq ərazisinə keçməsinə imkan verilməyib.

Hadisə nəticəsində qış otlaq sahələrindəki biçilmiş taxıl sahələri və kol bitkilərinə ziyan dəyib.


Müəllif: