25 İyul 2014 10:45
947
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azad Azərbaycan” Televiziyasının (ATV) 20.30-da yayımlanan “ATV Xəbər” informasiya buraxılışında Zaqatala rayonunda 6 bal gücündə zəlzələ olması barədə xəbər yayımlanmasınaaa rəsmi reaksiya bildirilib.

Məlumata görə, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat katibi Vüsalə Rafiqqızı jurnalistləri zəlzələ xəbərlərinə həssas yanaşmağa çağırıb.

“Əziz jurnalist dostlar! Zəlzələyə dair məlumatlar yayarkən diqqətli olmağınızı Sizdən xahiş edirik! Nəzərə alın ki, hər bir yanlış xəbər insanların qorxmasına, stress keçirməsinə səbəb ola bilər. Lütfən məlumatları yalnız və yalnız Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi internet səhifəsinə istinadən yayın. www.seismology.az səhifəsində respublikamızda baş verən zəlzələlər barədə məlumatlar operativ şəkildə yerləşdirilir. Bununla belə, əlavə sullarınız olarsa bizə istənilən vaxt müraciət edə bilərsiniz” – deyə, o bildirib.

Xatırladaq ki, iyulun 24-də ATV-nin 20.30-da yayımlanan “ATV Xəbər” informasiya proqramı başlayan kimi aparıcı Zaqatala rayonunda 6 bal gücündə zəlzələ olması barədə xəbər verib. O deyib ki, Zaqatalada hər hansı dağıntı baş verməsə də, əhali arasında təşviş yaşanıb. Aparıcı “ötən zəlzələdən qalan çatların genişləndiyini” də əlavə edib. Lakin 1,5 dəqiqə sonra xanım aparıcı Zaqatala rayonunda zəlzələ olması barədə verdiyi xəbəri təkzib edib və tamaşaçılardan üzr istəyib.

/qafqazinfo/


Müəllif: