22 Sentyabr 2017 12:10
973
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Fransanın paytaxtı Parisdə başlayan Beynəlxalq Qastronomiya Festivalında Azərbaycan da təmsil olunur.

Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Sena çayı sahilində qurulmuş və üç gün davam edəcək tədbirdə 40 ölkə iştirak edir.

Beynəlxalq Qastronomiya Günlərində azərbaycanlıları təmsil edən Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi və Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva bildirib ki, tədbirə hazırlıq işləri zamanı ermənilər növbəti dəfə təxribata əl atıb. Belə ki, şəhərcikdə qurulan Ermənistan çadırında bu ölkə ilə yanaşı, Dağlıq Qarabağdakı rejimin qondarma bayrağı da asılıb. Lakin Azərbaycan diaspor rəhbərinin məsələyə müdaxiləsindən sonra təxribatın qarşısı alınıb və sözügedən bayraq endirilib.

Qeyd edək ki, Beynəlxaql Qastronomiya Günlərində Paris sakinləri, o cümlədən dünyanın müxəlif bölgələrindən gəlmiş turistlər Azərbaycan çadırında zəngin süfrə mədəniyyətimizdən nümunələrlə tanış ola biləcəklər.


Müəllif: Səxavət