25 İyul 2014 12:09
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyi bir neçə qeyri-hökumət təşkilatı ilə birlikdə sentyabrın 4-dən 13-dək Quba rayonunda təhsil üzrə gənc liderlər üçün Yay Məktəbi təşkil edəcək.

Məlumata görə, Yay Məktəbində təhsil sahəsindən yazan jurnalistlərin iştirakı nəzərdə tutulur.

Belə ki, 40 nəfər 22-40 yaş arası, Azərbaycanın və ya xarici olkə universitetlərinin məzunları və ən azı bakalavr dərəcəsinə malik olan, Azərbaycanda təhsilin inkişafı üzrə dövlət strategiyası ilə tanış olan, araşdırma aparmaq, onu təqdim etmək və yüksək səviyyəli ünsiyyət bacarıqlarına malik olan gənclərin cəlb olunması gözlənilir. Artıq Təhsil Nazirliyi Yay Məktəbinə ərziə qəbuluna başlayıb. Ərizə qəbulu avqustun 4-dək davam edəcək.

Qeyd edək ki, təlimin təşkilatçıları Təhsil Nazirliyi, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, Mədəd Azərbaycan təşkilatı və ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyidir.

Təlim barədə daha ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz

/modern.az/


Müəllif: