25 İyul 2014 12:17
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Liqasının II təsnifat mərhələsində keçirilən "Çixura" - "Bursaspor" matçından sonra qalmaqal baş verib.

Məlumata görə, oyun bitdikdən sonra keçirilən mətbuat konfransında "Çixura"nın baş məşqçisi Soso Pruizde və qapıçı Kvilitainin açıqlamaları türkcəyə tərcümə olunmayıb.

Bundan sonra gürcü və türkiyəli jurnalistlər arasında mübahisə yaşanıb. Bu zaman gürcüstanlı azarkeşlər və jurnalistlər türkiyəli mətbuat nümayəndələrini döyüb. Davada Türkiyənin bir neçə jurnalisti yaralanıb.

Yalnız mühafizəçilərin müdaxiləsindən sonra gürcü azarkeşlər və jurnalistlər hadisə yerindən uzaqlaşdırlıb. Türkiyəli jurnalistlər isə ifadələri alındıqdan sonra stadionu tərk ediblər. Baş verən hadisələrə görə "Bursaspor" Gürcüstandan üç saat gec ayrılıb.

Qeyd edək ki, penaltilər seriyasında qalib gələn "Çixura" Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşacaq.

/publika.az/


Müəllif: