25 İyul 2014 13:05

Kanada Rusiyaya qarşı sanksiyalar siyahısını yeniləyib.


Məlumata görə, Kanadanın tətbiq ediləcək yeni sanksiyalar siyahısına ABŞ-ın “qara siyahı”sına daxil olan kampaniyalar əlavə edilib. Həmin siyahıya Qazprombank, Vneşekonombank, həmçinin Novatek də daxildir. Bundan başqa, Kanadanın “Donetsk və Luqansk Xalq Respublikası”na və onların nümayəndələrinə də sansksiyalar tətbiq ediləcəyi barədə xəbər yayılıb.

Qeyd edək ki, Avropa İttifaqının Daimi Nümayəndələr Komitəsi 24 iyul tarixində Rusiya və Ukraynanın 15 fiziki və hüquqi şəxsini və 18 şirkəti qara siyahıya salıb.

/axar.az/


Müəllif: