24 Sentyabr 2017 20:57
961
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada federal məclisə seçkilərin ilkin nəticələri açıqlanmaqdadır.

Teleqraf.com xəbər verir ki, səsvermə artıq yekunlaşıb.

İlkin məlumatlara görə, Angela Merkelin rəhbərlik etdiyi Xristian Demokratlar Partiyası (CDU) seçkilərdə 32.5 faiz səs toplayaraq birinci olub. Növbəti yerləri Almaniya Sosial Demokratlar (SPD) Partiyası (21 faiz), Almaniya üçün Alternativ (AfD) Partiyası (13.5) bölüşüblər.

SPD Merkelin partiyası ilə koalisiya qurmayacaqlarını bəyan edib. SPD rəsmisi Manuela Scvesig bəyan edib ki, nəticələr onlar üçün uğurludur: "Ana müxalifət olacağıq".

İfrat sağçı AfD isə bəyan edib ki, ölkəni dəyişmək üçün əllərindən gələni edəcəklər.

Qeyd edək ki, seçkilərdə təxminən 61,5 milyon alman iştirak edib. Onların səsi uğrunda 42 partiya mübarizə aparıb.


Müəllif: Ruslan