25 Sentyabr 2017 16:20
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şərqi Azərbaycanda önəmli kadr islahatları keçirilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, uzun müddət müzakirələrdən sonra İranın Nazirlər Kabineti Məcid Xudabəxşi Şərqi Azərbaycanın valisi postuna təyin edib.

Elektrik mühəndisi olan 61 yaşlı Xudabəxş Ərdəbildə doğulub, bundan öncə Ərdəbil əyalətinin valisi olub.

2018-ci ildə islam dünyasının turizm paytaxtı olacaq Təbrizə yeni bələdiyyə sədri seçilib. İrəc Şəhin Baher Təbriz Şəhər Şurasının iclasında 7 səslə Bələdiyyə İdarəsinin başçısı vəzifəsinə yüksəlib.

Mühəndis Baher siyasi şəxs kimi yox, səhərsalma sahəsində mütəxəssis olaraq tanınır. O, 1972-ci ildə Təbrizdə doğulub.

Baher Təbrizdəki yoxsul yaşayış məntəqələrində məskunlaşan əhalinin problemlərinin həllinə çalışacağını bildirib.


Müəllif: Samir