26 Sentyabr 2017 10:03
947
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Kürdüstanında dünən baş tutan müstəqillik referendumunun ilk nəticələri açıqlanıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, nəticələrə əsasən, 93 faiz seçici referenduma “hə” deyib.

6,71 faiz seçici isə Kürdüstanın müstəqilliyinə qarşı çıxıb.

Referendumun son nəticələri bu gün axşam saatlarında açıqlanacaq.

Qeyd edək ki, referendumda səs vermək hüququ olan 5,2 milyon vətəndaşın 3,3 milyonu, yəni 72,16 faizi iştirak edib.


Müəllif: Samir