26 Sentyabr 2017 16:36
2 315
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin rəhbərliyinin dəyişdirilməsi telekanalın təsisçiləri tərəfindən qəbul olunmuş qərardır.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov deyib.

Aparat rəhbəri qeyd edib ki, burada heç bir xırdalıq və səbəblər yoxdur:

Televiziya və radio yayımı" haqqında qanunun 2-ci maddəsinə əsasən, telekanal rəhbərliyinin dəyişdiriliməsi telekanalın təsisçilərinin səlahiyyətindədir. Həmin təsisçilərinin qərarına əsasən istədikləri vaxt rəhbəri dəyişdirə bilərlər. Burada qeyri-adi heç nə yoxdur”.

Qeyd edək ki, bu gün Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin prezidenti Vüqar Qaradağlı telekanaldan uzaqlaşdırılıb, onun yerinə əməkdar jurnalist Azər Xəlilov təyin olunub.


Müəllif: İlhamə Əbülfət