25 İyul 2014 21:59
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Malidə qəzaya uğrayan Air Algerie AH5017 reysli təyyarədə hamı həlak olub"

Bunu Fransa prezidenti Francois Hollande deyib.

Cənab Hollande-ın sözlərinə görə, Fransa əsgərləri Mali-Burkina Faso sərhədinəki qəza yerinə gələndən sonra təyyarədəki səs qeydə alan cihazlardan biri tapılıb.

Hava nəqliyyat nəzarətçiləri təyyarə ilə əlaqəni cümə axşamı itiriblər. Bundan əvvəl pilotlar güclü boran barədə məlumat vermişdilər.

Təyyarədə olan 116 nəfərdən 51-i Fransa vətəndaşı idi.

McDonnell Douglas MD-83 təyyarəsi İspaniya şirkəti Swiftair-dan alınmışdı və Burkina Faso paytaxtı Ougadougou-dan Əlcəzair paytaxtı Algiers-ə uçurdu.

Böyük Səhra üzərindən uçan təyyarə ilə əlaqə Ouagadougou-dan uçuşdan 50 dəqiqə keçmiş itib, Air Algiers çərşənbə axşamı məlumat verib.

Borana görə pilot marşrutu dəyişdirmək üçün üçün Nigerin nəzarət qülləsi ilə əlaqə saxlamışdı, müxbirlər deyir.

/BBC/


Müəllif: