25 İyul 2014 18:11

Bakıda tıxacda qalan hamilə qadın çətin anlar yaşayıb.

Teleqraf.com anspress-ə istinadən xəbər verir ki, bu barədə “Facebook” sosial şəbəkəsində məlumat yayılıb. Verilən məlumata görə, doğuş sancısı başlayan hamilə qadın “Koroğlu” metrosu yaxınlığında tıxacda qalıb.

Təxminən 40 dəqiqə ərzində tıxacda qalan qadının doğuşu avtomobildə başlasa da, son anda onu 7 saylı Doğum evinə çatdırmaq mümkün olub.

7 saylı doğum evindən verilən məlumata görə, tıxacda qalan hamilə qadın son anda xəstəxanaya çatdırılıb. Xəstəxananın baş həkimin sözlərinə görə, əgər qadın bir az da gec çatdırılsaydı faciə baş verə bilərdi.

Qadın uşağını sağlam şəkildə dünyaya gətirib. Həm ana, həm də körpənin vəziyyəti normaldır.


Müəllif: