26 İyul 2014 10:50
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın müdafiə naziri Zakir Həsənov Ramazan bayramı münasibəti ilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib.


Teleqraf.com-un Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, təbrikdə bərabərlik və mənəvi təmizlik kimi yüksək əxlaqi hisslər aşılayan, nəsildən-nəslə ötürülərək bu günümüzə qədər yaşadılan Ramazan bayramının yüksək səviyyədə qeyd olunduğu bildirilib:

«İnanıram ki, bundan sonra da Azərbaycan Respublikası Konstitusiyasına, Hərbi Anda və Nizamnamələrə sadiq qalaraq respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğalçılardan azad olunması naminə xidməti borcunuzu şərəf və vicdanla yerinə yetirəcək, döyüş və mənəvi-psixoloji hazırlığın daha da yüksəldilməsində səylərinizi artıracaqsınız».


Müəllif: