6 Oktyabr 2017 15:48
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt istefa verib.

Teleqraf.com xəbər verir ki, o, bununla bağlı Tvitter hesabında məlumat verib.

Aqramunt istefasını şəxsi səbəblərlə əsaslandırıb.

Qeyd edək ki, Pedro Aqramunt 2016 və 2017-ci illərdə AŞPA-nın prezidenti seçilib. Bu ilin yazında keçirilən AŞPA-nın sessiyasında onun Suriyaya səfəri və orada Bəşər Əsədlə görüşü müzakirə edilib və ona etimad məsələsi qaldırılıb.


Müəllif: Samir