6 Oktyabr 19:21

Ermənistanda səfərdə olan ATƏT-in Minsk qrupu həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistan prezidenti Serj Sərkisyanla görüşüb.

Teleqraf.com erməni mətbuatına istinadən xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı son durum, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili müzakirə edilib.


Müəllif: Teleqraf.com