7 Oktyabr 09:57

Dünən gecə Ankaranın Suriya-Türkiyə sərhədinə topladığı hərbçilərə “hazır olun, Suriyaya daxil olursunuz” göstərişi verilib.

Teleqraf.com xəbər verir ki, hərbçilərə əmrin verilməsi Türkiyə, Rusiya və İranın Suriyada təhlükəsizlik zonalarının yaradılması haqqında razılaşmasından sonra olub.

Hərbçilər Türkiyənin Hatay bölgəsindən Suriyanın İdlib ərazisinə keçmək üçün start vəziyyət alıb.

İdlibdə təhlükəsizliyin təmin edilməsi üçün nəqliyyat vasitələri ilə təchiz olunan türk hərbi hissələrinin arsenalında zirehla avtomobillər, tanklar var.

Bu arada o da bəlli olub ki, Türkiyə Xüsusi Qüvvələri İdlib marşrutu istiqamətində yerləşən hədəfləri müəyyən edib.


Müəllif: Cavad