ABŞ-ın “Vaşinqton Post” qəzeti Azərbaycanın Vaşinqtondakı səfirliyinin əməkdaşı İnci Sadıqovanın qəzetin son zamanlar bir neçə qərəzli məqaləsinə cavab məktubunu dərc edib.
Səfirlikdən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycana qarşı xüsusilə son dövrlər tənqidi yazıların yer aldığı qəzetin dərc etdiyi Azərbaycan diplomatının məktubunda Azərbaycan və Gürcüstan rəsmilərinin bəyanatlarını şübhə altına alan heç bir tutarlı dəlilin olmadığı, qəzetin redaksiya heyətinin yazdığı məqalənin fərziyyələrə istinad etdiyi bildirilir.
Bundan əlavə, sözügedən məsələnin postsovet məkanında ən güclü starteji və mühüm ittifaq olan Azərbaycan-Gürcüstan tərəfdaşlığına zərbə vurduğu, bunun nə Azərbaycan, nə Gürcüstan, nə də ABŞ-ın maraqlarına xidmət etdiyi vurğulanır.