7 Oktyabr 12:57

15 iyul çevrilişindən 12 gün sonra TRT “Ana xəbər”in aparıcısı postuna gətirilən Ərhan Çelik 14 ay sonra vəzifəsindən istefa verib.

Teleqraf.com xəbər verir ki, Çelik istefa verdiyini “Ana xəbər”i apararkən canlı yayımda açıqlayıb. O, qısa zaman sonra yenidən tamaşaçılarla bir arada olacağını vurğulayıb.

Məlum olub ki, Çəlik istefa verməzdən öncə başqa bir kanalla anlaşma əldə edib. Təcrübəli aparıcının anlaşma əldə etdiyi telekanal isə “CNN-Türk”dür. O, bu telekanalda da xəbərləri aparacaq.

Qeyd edək ki, Ə.Çelik Türkiyəni hazırkı hakimiyyətinə yaxın adam kimi tanınır. TRT-də Türkiyə Prezidenti, Baş naziri ilə bütün önəmli müsahibələrin aparıcısı o olub.


Müəllif: Səxavət